Neftin bahalaşması fondunda qlobal qiymət proqnozları artırılıb

11:31 - 9.10.2026


9 oktyabr, Fineko/abc.az. Dünya enerji bazarında “Azeri Light” markalı neftin bir barelinin qiyməti oktyabrın 9-na olan məlumata görə 133,23 dollara yüksəlib ki, bu da 2026-cı ilin dövlət büdcəsində nəzərdə tutulan 65 dollarlıq həddən iki dəfədən çox yüksəkdir. Beynəlxalq təşkilatlar da qiymət proqnozlarını yeniləyib.

ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) “Brent” neftinin 2026-cı il üzrə orta qiymət proqnozunu 98 dollara, IV rüb üzrə isə 105 dollara qaldırıb.

Beynəlxalq Enerji Agentliyi (IEA) isə Yaxın Şərqdə hasilat və daşımalardakı aksamalar səbəbindən 2026-cı ildə qlobal neft təklifinin gündəlik 5,7 milyon barel azalacağını bəyan edib.

Azərbaycan Mərkəzi Bankı iyulda neftin illik orta qiymətini 87,7 dollar proqnozlaşdırsa da, hökumət 2027-ci il büdcə hesablamalarında neftin bazis qiymətini təkrardan 65 dollar götürüb.