Azərbaycan neftinin qiyməti 125 dolları keçdi

10:00 - 8.10.2026


8 Oktyabr, Fineko/abc.az. Dünya bazarında Azərbaycanın "Azeri Light" markalı xam neftinin qiymətində kəskin artım qeydə alınıb.

 Neftin bir barelinin qiyməti 4,51 dollar və ya 3,74% artaraq 125,19 dollara yüksəlib.

Xatırladaq ki, "Azeri Light" neftinin tarixi ərzində ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.