Qeyri-neft sənayesində 5,4% artım qeydə alınıb

15:54 - 9.10.2026


9 oktyabr, Fineko/abc.az. 2026-cı ilin ilk 9 ayında Azərbaycanın qeyri-neft-qaz sənayesində 16 milyard 558 milyon manatlıq məhsul istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 5,4% artım deməkdir.

2026-cı ilin yanvar–avqust aylarında da qeyri-neft-qaz sənayesi üzrə illik artım 5,4% təşkil etmişdi.

Ümumi sənaye istehsalında 0,8%-lik azalma qeydə alınmasına baxmayaraq, qeyri-neft-qaz sənayesində müsbət dinamika qorunub.