Bu kassa aparatları vasitəsilə dövriyyə 15% artıb

17:24 - 9.10.2026


9 oktyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar-sentyabr aylarında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manat olub.

Bu barədə Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 milyard 51,7 milyon manat, yaxud 15,1 faiz çoxdur.

Qeyd edək ki, indiyədək ölkə ərazisində 116.908 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.