Səudiyyə Ərəbistanı və BƏƏ Asiyaya neft tədarükünü artırmağa hazırdır

16:46 - 7.10.2026


7 oktyabr, Fineko/abc.az. Asiya Sıfır Emissiya Birliyinin (AZEC) oktyabrın 8-də Filippində keçiriləcək nazirlər görüşündə Səudiyyə Ərəbistanı və BƏƏ-nin Asiya ölkələrinə neft ehtiyatlarını artırmaqda kömək etməyə hazır olduqlarını açıqlayacaqları gözlənilir.

Bu barədə Yaponiyanın Nikkei nəşri məlumat yayıb.

Söhbət ayrı-ayrı ölkələrə neft ixracının artırılmasından və böhran vəziyyətində prioritet tədarükə zəmanət verilməsindən gedir. Belə bir mexanizm əsas marşrutların, o cümlədən Hörmüz boğazının bağlanması halında belə ixracatçılara Asiyadakı anbarlardan neft tədarükünü davam etdirməyə imkan verəcək.

Nikkei nümunə kimi Yaponiyanı göstərir. Yaponiya Yaxın Şərqdəki tədarükçülərinə neft çənlərindən istifadə imkanı yaradır. Fövqəladə vəziyyət yaranarsa, Yaponiya həmin anbarlarda saxlanılan nefti prioritet qaydada almaq hüququ əldə edir.