15:02 - 9.10.2026
9 oktyabr, Fineko/abc.az. Azərbaycanla Gürcüstan arasında hökumətlərarası danışıqlar uğurla yekunlaşıb. Əldə olunan yeni razılaşmaya əsasən, Azərbaycandan qonşu ölkəyə təbii qaz tədarükünü nəzərdə tutan strateji müqavilənin müddəti daha 20 il uzadılıb.
Bu barədə Gürcüstanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, tərəflər arasında qaz alqı-satqısına dair əvvəlki sənəd 2003-cü ildən qüvvədə idi və müddəti 2026-cı ildə başa çatırdı.
Yenilənmiş müqavilə çərçivəsində tədarük ediləcək təbii qaz həcmləri tam olaraq Gürcüstanın daxili ehtiyaclarının ödənilməsinə yönəldiləcək. Bu uzunmüddətli iqtisadi tərəfdaşlıq qonşu ölkənin qaz sektorunun fasiləsiz və sabit enerji təchizatına zəmanət verir.
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026