15:06 - 7.10.2026
7 oktyabr, Fineko/abc.az. Özəl məhkəmə ekspertlərinin gəlirləri vergiyə cəlb ediləcək.
Sözügedən məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Qeyd edilib ki, məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqaviləyə əsasən alınan haqlar (xərclər nəzərə alınmadan) vergitutma obyekti hesab ediləcək.
Layihəyə görə, həmin gəlirdən 10 faiz dərəcə ilə vergi tutulacaq.
7 Oktyabr 2026
7 Oktyabr 2026
5 Oktyabr 2026