15:39 - 7.10.2026
7 oktyabr, Fineko/abc.az. 2026-cı ilin ilk yarısında “PAŞA Bank”ın vaxtı keçmiş kreditlərinin həcmində kəskin artım qeydə alınıb.
Bankın kredit riski üzrə məlumatlarına əsasən, 30 gündən artıq gecikməsi olan kreditlərin məbləği 2025-ci ilin sonundakı 84 milyon 836 min manatdan 2026-cı il iyunun sonunda 141 milyon 486 min manata yüksəlib.
Beləliklə, ilin ilk altı ayında vaxtı keçmiş borclar 56 milyon 650 min manat və ya 66,8% artıb.
Bu dövrdə bankın ümumi kredit portfelində də böyümə müşahidə olunub. Portfel 3 milyard 432 milyon 35 min manatdan 3 milyard 624 milyon 791 min manata çatıb. Lakin vaxtı keçmiş borcların sürətli artımı səbəbindən onların ümumi portfeldəki xüsusi çəkisi 2,5%-dən 3,9%-ə yüksəlib. Bununla yanaşı, uzunmüddətli gecikmələrdə də artım dinamikası qeydə alınıb — bir ildən artıq gecikdirilən kreditlərin həcmi 5 milyon 80 min manat (13,1%) artaraq 38 milyon 674 min manatdan 43 milyon 754 min manata çatıb.
7 Oktyabr 2026
7 Oktyabr 2026
5 Oktyabr 2026
7 Oktyabr 2026