15:52 - 7.10.2026
7 oktyabr, Fineko/abc.az. “PAŞA Bank”da vaxtı keçmiş kreditlərin artımı əsasən biznes sektoru hesabına baş verib. Biznes kreditləri üzrə vaxtı keçmiş borclar ilin əvvəlindəki 83 milyon 318 min manatdan iyunun sonunda 139 milyon 707 min manata yüksəlib.
Bu kateqoriya üzrə göstərici 56 milyon 389 min manat və ya 67,7% artaraq ümumi problemli kreditlərin əsas hissəsini təşkil edib. Həmçinin bir ildən artıq gecikdirilən 43 milyon 754 min manatlıq borcun 43 milyon 529 min manatı məhz biznes kreditlərinin payına düşüb.
Bunun əksinə olaraq, istehlak kreditləri üzrə vaxtı keçmiş borclar 1 milyon 181 min manatdan 977 min manata enib ki, bu da 204 min manatlıq (17,3%) azalma deməkdir.
Daşınmaz əmlak kreditlərində isə gecikmələr 337 min manatdan 803 min manata qalxaraq 466 min manat (2,4 dəfə) artıb. Qeyd edək ki, nə istehlak, nə də daşınmaz əmlak kreditləri üzrə bir ildən artıq gecikmə qeydə alınmayıb (istehlak üzrə bir ildən çox gecikmə 225 min manat təşkil edib, daşınmaz əmlak üzrə isə sıfır olub).
7 Oktyabr 2026
7 Oktyabr 2026
5 Oktyabr 2026