16:42 - 7.10.2026
7 oktyabr, Fineko/abc.az. Maliyyə Nazirliyinin tərtib etdiyi protokol əsasında Nəsimi Rayon Məhkəməsi 2024-cü il üzrə konsolidə edilmiş maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə dərc etdirməyən “Top Properties” MMC-ni İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə təqsirli bilərək 1 500 manat cərimələyib.
Şirkətin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməyərək ilk instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, 2020-ci ildə yaradılan, 145,6 milyon manatdan çox nizamnamə kapitalı olan və Vasif Məcnunovun rəhbərlik etdiyi “Top Properties” MMC “Bank Avrasiya”nın 49,50%-lik səhmdarıdır.
7 Oktyabr 2026
7 Oktyabr 2026
5 Oktyabr 2026