Qızılın qiyməti 4 150 dollara gerilədi

09:52 - 7.10.2026


7 Oktyabr, Fineko/abc.az. İnvestorların ABŞ Federal Ehtiyat Sisteminin (Fed) faiz siyasətinə dair yeni siqnallar gözləməsi fonunda çərşənbə günü qızılın qiymətində ucuzlaşma qeydə alınıb.

Spot qızılın bir unsiyası 0,3% azalaraq 4 150,23 dollara, ABŞ qızıl fyuçersləri isə 0,2% düşərək 4 177,60 dollara enib.

Digər tərəfdən, gümüşün unsiyası 61,12 dollara geriləyib, platin isə 1 704,25 dollara yüksəlib.