17:31 - 7.10.2026
7 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının aparıcı nəzarət tədbirləri zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə qanunvericiliyinin pozulması faktı aşkarlanıb.
Bununla bağlı Nərimanov Rayon Məhkəməsinin qərarı ilə müştəri uyğunluğu tədbirləri və daxili nəzarət mexanizmlərinə riayət etmədiyinə görə “Troni İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 10 min manat cərimə olunub.
Qeyd edək ki, 2021-ci ildə təsis edilən, 2,4 milyon manat nizamnamə kapitalına malik şirkətin yeganə səhmdarı Siyavuş Səfiyev, direktoru isə Elmidar Şirinzadədir.
7 Oktyabr 2026
7 Oktyabr 2026
5 Oktyabr 2026