15:10 - 1.10.2026
1 oktyabr, Fineko/abc.az. Afinada Azərbaycan və Yunanıstan hökumətləri arasında Birgə Komissiyanın VI iclası çərçivəsində biznes forumu təşkil olunub. AZPROMO və Enterprise Greece-in birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 90-dan çox şirkət iştirak edib.
Forumda Azərbaycanın investisiya cəlbediciliyi, qeyri-neft sektorunun artan rolu və ölkənin etibarlı tərəfdaş kimi mövqeyi vurğulanıb. Yunanıstan biznesi üçün enerji, nəqliyyat-logistika, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı və turizm əsas əməkdaşlıq istiqamətləri kimi təqdim edilib.
Orta Dəhliz, yaşıl enerji və logistika imkanları önə çəkilib, Ələt Azad İqtisadi Zonası və sənaye parklarının regional bazarlara çıxış üçün üstünlükləri qeyd olunub. Forum B2B görüşlərlə davam edib.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026