15:17 - 7.10.2026
7 oktyabr, Fineko/abc.az. Statcounter agentliyinin son hesabatına nəzərən, sentyabr ayında Azərbaycanda bütün platformalarda süni intellekt çatbotları üzrə liderliyi 86,3 %-lik bazar payı ilə ChatGPT qoruyub.
Avqust ayı ilə müqayisədə payını 2,69 faiz bəndi artıran ChatGPT, illik müqayisədə serves 2025-ci ilin sentyabr göstəricisinə nəzərən 8,78 faiz bəndi və ya 9,2 % geriləyib.
Ümumi göstəricilərdə ikinci pillədə 10,28 %-lik payla Google Gemini qərarlaşıb. Şirkətin bazar payı aylıq 1,17 faiz bəndi azalşa da, illik müqayisədə 9,27 faiz bəndi artıb. Növbəti yerləri tutur: Perplexity bazar payını aylıq 0,87 faiz bəndi, illik isə 0,72 faiz bəndi artıraraq 2,34 %-ə çatdırıb. Dördüncü sıradakı Claude 0,83 % paya sahib olub (aylıq 2,16 faiz bəndi az, illik 0,55 faiz bəndi çox). İlk beşliyi isə 0,24 % bazar payı ilə Microsoft Copilot tamamlayır; onun göstəricisi aylıq 1,77 faiz bəndi, illik isə 0,24 faiz bəndi azalıb.
Platformalar üzrə bölgüyə gəldikdə, kompüter istifadəçiləri arasında ChatGPT 85,55 % (aylıq 3 faiz bəndi çox, illik 8,97 faiz bəndi az), Google Gemini 10,6 % (aylıq 1,47 faiz bəndi az, illik 9,65 faiz bəndi çox), Perplexity 2,61 % (aylıq 1,12 faiz bəndi və illik 0,65 faiz bəndi çox), Claude 0,96 % (aylıq 2,39 faiz bəndi az, illik 0,62 faiz bəndi çox) və Microsoft Copilot 0,28 % (aylıq 0,25 faiz bəndi və illik 1,95 faiz bəndi az) bazar payına yiyələnib.
Mobil cihazlarda ChatGPT 90,96 %-lə birinciliyini qorusa da, aylıq 1,45 faiz bəndi, illik isə 7,07 faiz bəndi itirib. Bu platformada ikinci yeri 8,43 % göstərici ilə Google Gemini (aylıq 2,18 faiz bəndi və illik 7,11 faiz bəndi çox), üçüncü yeri isə 0,6 % payla Perplexity (aylıq 0,74 faiz bəndi az, illik 0,17 faiz bəndi çox) tutub. Planşetlərdə isə ChatGPT 100 %-lik mütləq bazar payı ilə liderlik edib ki, bu da həm aylıq, həm də illik müqayisədə 50 faiz bəndi artım deməkdir.
7 Oktyabr 2026
7 Oktyabr 2026
5 Oktyabr 2026