15:58 - 5.10.2026
5 oktyabr, Fineko/abc.az. Azərbaycan Texniki Universitetində (ATU) uzun illər dosent çalışmış “Əməkdar müəllim” Sadiq Xəlilov əmək müqaviləsinə xitam verilməsindən sonra ali təhsil müəssisəsini məhkəməyə verib.
İddiaçı işəgötürənin əmrinin ləğv edilməsini, dosent vəzifəsinə bərpa olunmasını, onunla müddətsiz əmək müqaviləsinin bağlanmasını, məcburi iş buraxma müddəti üçün əməkhaqqının ödənilməsini və mediasiya xərcinin cavabdehdən tutulmasını tələb edib.
İş materiallarına görə, 2014-cü ildən universitetdə çalışan dosentin əmək münasibətləri Elmi Şuranın yaş həddi ilə bağlı dərs yükü məhdudiyyətləri qərarından sonra hər tədris ili üzrə müddətli müqavilələrlə davam etdirilib və 2025-ci ildə müddətin başa çatması səbəbindən müqaviləyə xitam verilib.
ATU məhkəmədə iddiyaya etiraz edərək xitamın qanunvericiliyə uyğun aparıldığını və iddiaçının müddətli müqavilələrdən xəbərdar olduğunu bildirib.
Yasamal Rayon Məhkəməsi iddianı təmin etməyib, daha sonra Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də aşağı instansiya qərarını quvvədə saxlayaraq Sadiq Xəlilovun şikayətlərini təmin etməyib.
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026