16:02 - 8.10.2026
8 oktyabr, Fineko/abc.az. “MSDİS Holding”in əmlakı yenidən hərraca çıxarılıb. “MSDİS Holding” MMC-nin İmişli rayonu, Bəhramtəpə qəsəbəsində yerləşən əmlakı yenidən hərraca çıxarılıb. 20 oktyabr 2026-cı il saat 11:00-da keçiriləcək hərraca şirkətin 1,1583 hektar torpaq sahəsi və 612 kvadratmetr əmlakı çıxarılıb.
Bu dəfə əmlakın ilkin satış qiyməti 34 800 manat, beh məbləği isə 1 740 manat müəyyən edilib.
Qeyd edək ki, “MSDİS Holding” MMC-nin həmin əmlakı daha əvvəl 10 sentyabr 2026-cı il tarixində keçiriləcək hərraca da çıxarılmışdı. Həmin vaxt əmlakın ilkin satış qiyməti 58 min manat müəyyən edilmişdi.
Şirkətin vergi borcu isə 21 939 756,93 manat təşkil edir.
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026