Azərbaycan neftinin qiyməti 120 dollara düşüb

10:17 - 7.10.2026


7 Oktyabr, Fineko/abc.az. Dünya bazarında Azərbaycanın "Azeri Light" markalı xam neftinin qiymətində ucuzlaşma qeydə alınıb. Neftin bir barelinin qiyməti 3,93 dollar və ya 3,2 faiz azalaraq 120,68 dollara düşüb.

Xatırladaq ki, "Azeri Light" neftinin tarixi ərzində ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.