TDT ölkələrinin ticarət dövriyyəsi 680 milyard dollara çatdı — Türkiyə liderdir

14:28 - 9.10.2026


9 Oktyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar-iyun aylarında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ümumi ticarət dövriyyəsi 679,7 milyard dollar təşkil edib ki, bu da qlobal ticarət həcminin (18,96 trilyon dollar) 3,58%-nə bərabərdir.

Ticarət həcminə görə Türkiyə 325,036 milyon dollar (325 mlrd. dollar) göstərici ilə birinci yerdədir.

Macarıstan 187,905 milyon dollar, Qazaxıstan 71,791.8 milyon dollar, Özbəkistan 41,011.2 milyon dollar, Azərbaycan isə 26,054.2 milyon dollar ticarət dövriyyəsi həyata keçirib.