Azərbaycanda orta aylıq maaş bu qədər azalıb

11:49 - 9.10.2026


9 oktyabr, Fineko/abc.az. Cari ilin yanvar-avqust aylarında ölkədə muzdla çalışanların orta aylıq nominal əməkhaqqı 1 173 manata çatıb.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd edilib.

Bu da illik müqayisədə 7.2%-lik artım deməkdir.

2026-cı ilin yanvar-iyul aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 1 176.7 manat təşkil edib. (aylıq müqayisədə 3,7 manat azalma).