Dövlət Vergi Xidməti "TaxBank" modulu üçün 303 min manat xərcləyir

10:51 - 7.10.2026


7 oktyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti AVİS-2 informasiya sistemində Banklarla İnteqrasiya (TaxBank) modulunun yaradılması işlərini satın alır.

Bununla bağlı Dövlət Vergi Xidməti ilə “Cybernet” MMC arasında müqavilə imzalanıb.

Müqavilənin ümumi məbləği 303 129,02 manat təşkil edir.

Satınalma AVİS-2 informasiya sistemində Banklarla İnteqrasiya (TaxBank) modulunun yaradılması ilə bağlıdır.