Qeyri-neft sektorunun büdcədəki payı artır - ARDNF-dən asılılıq azalır

14:16 - 8.10.2026


8 oktyabr, Fineko/abc.az. Hesabatda vurğulanır ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsi ölkədə fiskal dayanıqlılığın gücləndirilməsi istiqamətində addımların davam etdirildiyini göstərir.

Dövlət Neft Fondundan (ARDNF) transfertlərdən asılılığın azaldılması və gəlir bazasının şaxələndirilməsi hökumətin əsas prioritetləri sırasındadır.

“Fitch Solutions”ın hesablamalarına görə, 2026-cı ildə qeyri-neft gəlirlərinin dövlət büdcəsi gəlirlərindəki payı 57,4 faizə çatacaq ki, bu da daha dayanıqlı maliyyələşmə mənbələrinin formalaşması deməkdir.

Bununla yanaşı, analitiklər hökumətin neftin qiyməti ilə bağlı büdcə hesablamalarında mühafizəkar yanaşma nümayiş etdirməsini xarici bazarlardakı dəyişkənliyə qarşı etibarlı qoruyucu bufer kimi qiymətləndirirlər.