Tramp: ABŞ süni intellekt sahəsində Çinlə əməkdaşlıq etməyəcək

14:51 - 5.10.2026


5 Oktyabr, Fineko/abc.az.  ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun süni intellekt (Sİ) sahəsində Pekinlə birgə işləmək niyyətində olmadığını bəyan edib. Birləşmiş Ştatlar lideri ölkəsinin bu qabaqcıl texnologiya sahəsində qlobal liderliyini qoruyub saxladığını vurğulayıb.

Trampın sözlərinə görə, hazırda süni intellekt sahəsində əsas rəqabət məhz ABŞ və Çin arasında gedir. Bu səbəbdən Vaşinqtonun öz texnoloji imkanlarını və səriştəsini Çinlə bölüşməsi üçün heç bir əsas yoxdur.

ABŞ dövlət başçısı əlavə edib ki, Çinlə birgə layihələrin həyata keçirilməsi halında Pekin hazırda malik olmadığı strateji texnologiyalara çıxış əldə edə bilər ki, bu da Birləşmiş Ştatların maraqlarına cavab vermir.