14:41 - 2.10.2026
2 Oktyabr, Fineko/abc.az. Avrozonada istehlak qiymətləri indeksi sentyabr ayında illik müqayisədə 3,8% artaraq son 3 ilin en yüksək göstəricisinə çatıb.
"Eurostat"ın məlumatına görə, avqust ayında bu göstərici 3,2% təşkil etmişdi. İnflyasiyanın sürətlənməsinə əsas səbəb Yaxın Şərqdəki gərginlik fonunda neft və təbii qaz qiymətlərinin yenidən bahalaşması olub.
Bölgənin ən böyük dörd iqtisadiyyatında qiymətlər proqnozları üstələyib, İspaniyada isə inflyasiya 5%-ə çatıb. Baza inflyasiya 2,5%, xidmət sektoru inflyasiyası isə 3,2% təşkil edib.
Avropa Mərkəzi Bankının (AMB) sədri Kristina Laqard pul siyasətini sərtləşdirməkdə tələsməyə ehtiyac olmadığını bildirsə də, analitiklər qurumun faiz dərəcələrini daha iki dəfə artıracağını ehtimal edirlər.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026