Bu dövlət qurumunun binası 7,1 milyon manata təmir olunacaq

09:59 - 5.10.2026


5 oktyabr, Fineko/abc.az. 7,1 milyon manatlıq təmir və yenidənqurma işi sifariş edilib.

“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 40 ünvanında yerləşən inzibati binasında təmir və yenidənqurma işlərinin satın alınmasını həyata keçirib.

Satınalmanın qalibi “EL-Seym İnşaat” QSC olub.

Tərəflər arasında bağlanmış müqavilənin məbləği 7 152 174,5 manat təşkil edib.