14:08 - 5.10.2026
5 oktyabr, Fineko/abc.az. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Aqrar Biznes Festivalı" çərçivəsində keçirilən panel müzakirəsində dövlətin yeni dəstək mexanizmlərini açıqlayıb.
Qərara əsasən, ixtisaslaşmış rayonlarda müasir suvarma altında olan sahələr üçün hektarbaşına subsidiya 200 manatdan 400 manata qaldırılır, buğdanı emala təhvil verən istehsalçılara isə tonbaşına müasir suvarma ilə 100 manat, digər üsullarla 50 manat əlavə subsidiya veriləcək.
Azad olunmuş ərazilərdə və Naxçıvanda bağçılığın inkişafı üçün hektarbaşına 2 min manatdan 20 min manatadək birdəfəlik dəstək nəzərdə tutulub. Texnika və suvarma sistemlərində güzəştlərin 50–60 faizə, yerli istehsal olan istixana materiallarına isə 20 faizə qaldırılması planlaşdırılır.
Heyvandarlıq sahəsində isə idxal dişi heyvanlara illik 500 manat, yerli yetişdirilənlərə 800 manat, yeni fermalarda südçülük üzrə başbaşına 1500 manat, ətçilik üzrə 1000 manat əlavə subsidiya ödəniləcək; süni mayalanma üzrə ilk doğulan buzova ödəniş 75 manata endirilsə də, onun dölündən olan növbəti nəsil üçün məbləğ 150 manata qaldırılacaq.
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026