15:56 - 2.10.2026
2 Oktyabr, Fineko/abc.az. Rusiyanın iri pul köçürmə sistemi "Zolotaya Korona" Rusiya və Qırğızıstanın ödəniş sistemləri operatorları reyestrindən çıxarılıb. Buna səbəb Avropa İttifaqının sistemin operatoru olan "Plaşyomnıy Tsentr" RNKO-ya qarşı tətbiq etdiyi sanksiyalardır.
Sanksiyalardan sonra Gürcüstan, Ermənistan, Qazaxıstan və Belarus kimi əsas istiqamətləri itirən sistemin biznes həcmi kəskin kiçilib.
Analitiklər qeyd edirlər ki, fiziki şəxslərin sərhədlərarası pul köçürmələri bazarı getdikcə daha çox parçalanır.
İndi müştərilər üçün sistemin adından daha çox məzənnə, komissiya haqqı, sürət və marşrutun sabitliyi ön plana çıxır. Qalan payı isə banklar, beynəlxalq ödəniş xidmətləri və yeni texnoloji kanallar bölüşdürür.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026