16:24 - 2.10.2026
2 oktyabr, Fineko/abc.az. Azərbaycanda neft məhsullarının istehsalının nominal dəyərində nəzərəçarpacaq artım qeydə alınıb.
Ötən il bu sahədə istehsalın həcmi 5 milyard 494,4 milyon manata yüksəlib. Əvvəlki il isə bu göstərici 4 milyard 847,2 milyon manat səviyyəsində idi.
Beləliklə, illik müqayisədə neft məhsullarının istehsalında 647 milyon manatdan çox və ya 13,4 faizlik artım baş verib.
İstehsalın həcmi ilə yanaşı, sahədə çalışanların orta aylıq əməkhaqqında da kəskin artım müşahid olunub. Əvvəlki il 1 799,1 manat təşkil edən orta maaş ötən il 2 822,4 manata çataraq təxminən 57 faiz yüksəlib.
Bununla belə, sahədə məşğul olan işçilərin sayında azalma qeydə alınıb. Neft məhsullarının istehsalı sektorunda çalışanların sayı 3 991 nəfərdən 3 793 nəfərə enib.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026