Kristin Laqarddan süni intellekt xəbərdarlığı: Maliyyə sistemi üçün risklər artır

10:23 - 2.10.2026


2 Oktyabr, Fineko/abc.az. Avropa Mərkəzi Bankının (AMB) və Avropa Sistemik Risk Şurasının (ESRB) sədri Kristin Laqard maliyyə sektorunda süni intellektdən təhlükəsiz istifadə olunması üçün siyasətçiləri sistemli riskləri öncədən görməyə çağırıb.

AMB və ESRB-nin 10 illik konfransında çıxış edən Laqard bildirib ki, Avrozonanın aparıcı banklarının təxminən 90%-i artıq generator süni intellektdən istifadə edir.

 O, bu texnologiyanın müstəqil fəaliyyətinin maliyyə bazarları, kiberdavamlılıq və geostrateji sahələrdə ciddi risklər yaratdığını vurğulayıb.

Laqardın sözlərinə görə, insan nəzarətindən kənar hərəkət edən süni intellekt agentləri bazar şoklarını dərinləşdirə və qiymət manipulyasiyalarına yol aça bilər. Eyni zamanda, kiberhücum risklərinin artdığını bildirən AMB rəhbəri, ən qabaqcıl modellərin ABŞ və Çində cəmləşdiyini, artan геоpolitiki gərginliyin isə Avropanın bu texnologiyalara çıxışını məhdudlaşdıra biləcəyini qeyd edib.

O, nüvə silahlarının məhdudlaşdırılması üzrə Soyuq müharibə təcrübəsini nümunə gətirərək, qlobal miqyasda əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.