11:10 - 8.10.2026
8 oktyabr, Fineko/abc.az. Bakı Fond Birjası Böyük Britaniyanın maliyyə sektorunu təmsil edən “TheCityUK” nümayəndə heyəti və beynəlxalq qiymətli kağızlar infrastrukturu şirkəti “Euroclear”ın təmsilçisi ilə görüş keçirib.
Müzakirələrin əsas mövzusu Azərbaycan şirkətlərinin xarici investorlardan kapital cəlb etməsinə və səhmlərinin həm yerli, həm də beynəlxalq birjalarda ticarətinə imkan verən ikili listinq (dual listing) mexanizmi olub.
Tərəflər mövcud qanunvericiliyi, texniki infrastrukturu və beynəlxalq bazarlara çıxışdakı maneələri nəzərdən keçiriblər.
Görüşdə “TheCityUK” təşkilatının Vyetnam, Nigeriya, Ukrayna, Türkiyə, Oman və xüsusilə Hindistan kimi ölkələrdə kapital bazarlarının inkişafı və ikili listinq üzrə zəngin təcrübəsi diqqətə çatdırılıb. Həmçinin “Euroclear” şirkətinin xarici investorların Azərbaycan qiymətli kağızlar bazarına çıxışını asanlaşdıra biləcək rolu vurğulanıb. Bununla belə, görüşün yekununda tərəflər arasında hələlik konkret ikili listinq və ya texniki inteqrasiya sazişinin imzalanmadığı bildirilib.
8 Oktyabr 2026
8 Oktyabr 2026
8 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026