12:12 - 5.10.2026
5 Oktyabr, Fineko/abc.az. Avro ABŞ dolları qarşısında son 17 ayın minium səviyyəsinə geriləyib.
Buna Fransa hökumətinin büdcə kəsirini tənzimləmək imkanları ilə bağlı artan narahatlıqlar və ölkənin istiqraz bazarında ötən həftə müşahid olunmuş kəskin satış dalğası səbəb olub.
Yaranmış vəziyyət Avrozonada suveren borc böhranı dinamikasının yenidən qayıda biləcəyi ilə bağlı narahatlıqları artırıb.
Analitiklər qeyd edirlər ki, Fransada maliyyə intizamının zəifləməsi riskləri və Avropa Mərkəzi Bankının (AMB) gələcək faiz dərəcələri üzrə qeyri-müəyyənliyi avroya olan təzyiqi daha da gücləndirir, nəticədə dollar öz mövqeyini möhkəmləndirməkdə davam edir.
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026