SOCAR və Serbiya şirkətləri Niş şəhərində 500 MVt-lıq elektrik stansiyası tikəcək

14:12 - 1.10.2026


1 oktyabr, Fineko/abc.az. Belqradda SOCAR, Serbiyanın EPS və “Srbijagas” şirkətləri arasında Niş şəhərində 500 MVt gücündə buxar-qaz elektrik stansiyasının inşası üzrə Səhmdar Sazişi imzalanıb.

Layihə çərçivəsində tərəflərin bərabər (50/50) paya sahib olacağı birgə müəssisə yaradılır. Sənəd idarəetmə, maliyyələşdirmə və hüquqi öhdəlikləri müəyyən edir.

Azərbaycan və Serbiya prezidentlərinin siyasi iradəsi və strateji tərəfdaşlığı sayəsində reallaşan bu layihə Serbiyanın enerji təhlükəsizliyinə və elektrik sisteminin sabitliyinə mühüm töhfə verəcək.