17:31 - 29.09.2026
29 sentyabr, Fineko/abc.az. Gürcüstanın Maliyyə Nazirliyi “Transxəzər Nəqliyyat Dəhlizi - Gürcüstanda əlçatanlığın və nəqliyyatın təkmilləşdirilməsi” (TC-GATE) irimiqyaslı infrastruktur layihəsi çərçivəsində Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) ilə 158,5 milyon avroluq kredit sazişi imzalayıb.
Layihə Kaxeti magistralı boyunca Badiuridən Bakurtsixeyə qədər 32 kilometrlik dördzolaqlı yolun, eləcə də Qurcaanidən Telaviyə qədər 36,6 kilometrlik birləşdirici avtomobil yolunun tikintisini nəzərdə tutur.
Ümumi dəyəri 729 milyon dollar olan TC-GATE layihəsi Dünya Bankı, Asiya İnkişaf Bankı və AIIB tərəfindən birgə maliyyələşdirilir. İyul ayında Dünya Bankı layihəyə 158 milyon avro kredit ayrılmasını təsdiqləyib, iyun ayında isə Maliyyə Nazirliyi IBRD ilə elektrovozların alınması və dəmir yolu infrastrukturunun modernləşdirilməsi üçün 372 milyon dollarlıq saziş imzalayıb.
Çinlə Avropanı Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) üzrə yükdaşımaların həcmi 2025-ci ildə 4,7 milyon ton təşkil edib, 2026-cı ildə isə bu göstəricinin 5,5 milyon tona çatacağı gözlənilir.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026