SOCAR rəhbərindən xəbərdarlıq: Süni intellektə həddən artıq güvənmək təhlükəlidir

15:47 - 17.09.2026


17 sentyabr, Fineko/abc.az. Süni intellekt, avtomatlaşdırma və robototexnikanın sürətlə inkişaf etdiyi bir dövrdə insanlar bu texnologiyalar olmadan da iş görmək bacarığını saxlamağa borcludurlar.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf "Baku ID 2026" festivalında çıxışı zamanı bildirib.

O vurğulayıb ki, tənqidi düşüncə və analitik təfəkkür kimi ənənəvi bacarıqların itirilməsi bəşəriyyət üçün geri dönməz nəticələrə gətirib çıxara bilər, çünki tarix boyu insanlar modern alətlərə arxalanaraq ulduzlarla yön təyinetmə və ya təbii vasitələrlə müalicə kimi bir çox ilkin vərdişlərini artıq unudublar.