10:08 - 14.02.2022
14 fevral, Fineko/abc.az. Fevralın 15-dən etibarən COVID sertifikatlarının etibarlılıq müddəti COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı (2 doza) təsdiqləyən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını (buster doza) aldıqda müddətsiz olacaq.
ABC.AZ xəbər verir ki, bu, Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli qərarı ilə "COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb.
Belə ki, fevralın 15-dən COVID sertifikatlarının etibarlılıq müddətinin COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı (2 doza) təsdiqləyən sertifikat üzrə müddətsiz olmasına dair qayda ləğv olunur.
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026