11:35 - 7.09.2020
7 sentyabr, Fineko/abc.az. Hazırda iyul ayı üzrə tibb və qeyri-tibb işçilərinə koronavirusla əlaqəli müddətli əlavələrin ödənilməsi prosesi davam edir.
ABC.AZ İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən qurum iyul ayı üzrə 1 080 nəfər tibb və qeyri-tibb işçilərinə iş vaxtına mütənasib olaraq ümumilikdə 1.4 milyon manat məbləğində müddətli əlavə ödənilib.
Qeyd edək ki, Agentlik dövlət tibb müəssisələrinin göndərdiyi siyahılara uyğun olaraq 3 iş günü ərzində müddətli əlavələrin ödənilməsini təmin edir.
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026