12:22 - 22.09.2026
22 sentyabr, Fineko/abc.az. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” tərəfindən 2025-ci il üzrə təkrar mənzil bazarının geniş təhlili aparılıb.
Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) məlumatına görə, ötən il ölkə üzrə təkrar mənzil bazarında 41 606 mənzilin alqı-satqısı rəsmiləşdirilib.
Bazarın lideri 21 629 əqdlə (52%) yeni tikililər olub. İkinci sırada 18 865 əqdlə (45,3%) Sovet dövründə tikilən mənzillər, üçüncü sırada isə 1 112 əqdlə (2,7%) 1920-ci ilə qədər inşа edilən binalar qərarlaşıb.
Əqdlərin böyük hissəsi paytaxtın payına düşüb — Bakıda 25 031, Abşeronda 6 054, Sumqayıtda 3 838, Gəncədə 2 202, digər bölgələrdə isə 4 481 alqı-satqı qeydə alınıb.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
30 Sentyabr 2026