Tramp Avropanı hədələdi: Kanadaya "assosiativ üzvlük" verilsə, ticarət dayandırıla bilər

15:32 - 18.09.2026


18 Sentyabr, Fineko/abc.az. ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqının (Aİ) Kanadaya ilk "assosiativ üzv" statusu vermək təklifinə sert reaksiya verərək, bunu ABŞ-a qarşı "düşmənçilik aktı" kimi qiymətləndirə biləcəyini bəyan edib.

Jurnalistlərə müsahibə verən Tramp, Brüsselin bu addımına cavab olaraq Aİ-yə qarşı yeni kəskin gömrük rüsumları tətbiq edəcəyini və ya ayrı-ayrı sahələr üzrə Avropa ilə ticarət əlaqələrini tamamilə dayandıracağını bildirib.

Sözügedən gərginlik Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Kanadaya Aİ-nin ilk assosiativ üzvü olmaq təklifini irəli sürməsindən sonra yaranıb. Kanada Baş naziri Mark Karni isə Vaşinqtonla dərinləşən ticarət münaqişələri və rüsum təzyiqləri fonunda ölkəsinin ABŞ-dan iqtisadi asılılığını azaltmaq üçün Avropa ilə strateji tərəfdaşlığı genişləndirməyə çalışır. Tramp bu təşəbbüsü "gülünc" adlandıraraq Kanadanı "etibarsız ticarət tərəfdaşı" kimi xarakterizə edib.