Zəngilan kəndində qeyri-yaşayış obyektlərinə 9 milyon manat xərclənəcək

15:11 - 15.09.2026


15 sentyabr, Fineko/abc.az. "Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" Publik Hüquqi Şəxsi Zəngilan rayonunun Zəngilan kəndində qeyri-yaşayış binalarının tikinti-quraşdırma işləri ilə bağlı keçirdiyi iri həcmli tender müsabiqəsini yekunlaşdırıb.

Satınalma müsabiqəsinin qalibi "19 Saylı Tikinti Təmir İdarəsi" MMC seçilib.

Qalib şirkətlə bağlanacaq müqavilə çərçivəsində sözügedən layihəyə büdcədən ümumilikdə 9 milyon 57 min 61 manat vəsait yönəldiləcək.