12:21 - 29.05.2025
29 may, Fineko/abc.az. BOKT “İnkişaf üçün Maliyyə” MMC-nin (FinDev) 2024-cü il üzrə maliyyə hesabatına əsasən, cəmiyyət ili 685 min manat xalis mənfəətlə başa vurub.
ABC.AZ BOKT-nin illik audit hesabatına istinadən xəbər verir ki, bu göstərici 2023-cü illə müqayisədə 127 min manat və ya 15.6% azdır. Belə ki, 2023-cü ildə xalis mənfəət 813 min manat idi.
Bununla da böldürülməmiş mənfəət 1.69 milyon manat və ya 25.8% artaraq 7 milyon 304 min manata yüksəlib.
Hesabat dövründə “FinDev”in faiz xərcləri də artaraq 432 min manata yüksəlib. Bu da faiz xərclərində 73 min manat və ya 20.3% artım deməkdir.
İnzibati və əməliyyat xərcləri 2024-cü ildə 2 milyon 207 min manat təşkil edib. Bu göstərici öncəki illə müqayisədə cəmi 167 min manat və ya 8.2% artıb. Haqq və komissiya xərcləri isə 11 min manat və ya 7.7% azalaraq 135 min manata düşüb.
2024-cü ilin sonuna “FinDev”in cəmi öhdəlikləri 3 milyon 255 min manat təşkil edib ki, əvvəlki ilin 3 milyon 944 min manatı ilə müqayisədə 689 min manat və ya 17.5% azalma deməkdir. Cəmi kapital 8 milyon 55 min manata çatıb.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026