11:52 - 19.06.2023
19 iyun, Fineko/abc.az. "Xalq Həyat" ASC-nin İdarə Heyətinə (İH) yeni sədr təyin edilib.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, sığorta şirkətindən əldə edilən məlumata görə, İH-nin sədri vəzifəsini müvəqqəti icra edən sədr müavini İsmayıl Əliyev sığorta şirkətinin yeni sədri seçilib.
Bundan əlavə, şirkətin maliyyə departamentinin direktoru Əfqan Osmanov İH-nə müvəqqəti üzv seçilib. Bununla da "Xalq Həyat"ın İH-nin tərkibi idarə heyətinin üzvü Aynurə Quliyeva ilə birlikdə üç nəfərdən ibarət olub.
Xatırladaq ki, "Xalq Həyat Sığorta" isə 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. Şirkətin səhmləri 100% "Xalq Sığorta"ya məxsusdur.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
26 Noyabr 2026
25 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026