11:06 - 21.05.2018
21 may, Fineko/abc.az. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti iclası
Astanada (Qazaxıstan) keçiriləcək.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən bildirilib ki, iclas 21-24 may tarixlərində keçiriləcək.
“Bununla bağlı, Xüsusi İşçi Qrupunun Azərbaycan tərəfindən rəhbəri xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti Astana şəhərində səfərdədir. İclas zamanı Konvensiya layihəsi ilə yanaşı, xəzəryanı dövlətlərin Dövlət Başçılarının V Zirvə Toplantısına aid digər sənədlərin də müzakirəsi nəzərdə tutulur”, - məlumatda belə deyilir.
Səfər çərçivəsində Azərbaycan və Qazaxıstan xarici işlər nazirlikləri arasında ikitərəfli siyasi məsləhətləşmələrin keçirilməsi planlaşdırılır.
24 Noyabr 2026
24 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026