17:16 - 2.06.2022
2 iyun, Fineko/abc.az. Bakıda 2013-cü ildən təhvil verilməli olan, xeyli vaxtdır tikintisi dayandırılan binada mənzil alan şəxslər etiraz aksiyası keçiriblər.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
9 ildir "Qlobal" MMC-dən mənzil alan şəxslər bu günədək mənzillərinə köçə bilmədikləri üçün aksiya keçirdiklərini bildiriblər.
Onlardan bəziləri tikintisi yarımçıq qalan binanın üzərinə çıxaraq intihara cəhd edib.
Onlar dəfələrlə MMC sahibləri ilə görüşsələr də, heç bir nəticə əldə etmədiklərini vurğulayıblar.
Əraziyə gələn polis əməkdaşları sakinlərin şikayətlərini dinləyib, intihara cəhdin qarşısını alıblar.
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026