17:32 - 8.10.2021
8 oktyabr, Fineko/abc.az. “AzGranata” MMC-yə yeni baş icraçı direktor təyin olunub.
ABC.AZ xəbər verir ki, yeni təyin olunmuş baş icraçı direktor Ceyhun Bəxtiyarlı , bu vəzifədə Şaiq Mirzəyevi əvəz edib.
Qeyd olunur ki, Ceyhun Bəxtiyarlı daha əvvəl Azərbaycanda süd istehsalı ilə ixtisaslaşan “Atena” QSC-nin baş icraçı direktoru direktoru idi. O bu vəzifəyə 2019-cu ilin martından təyin edilsə də, 2018-ci ildən, 2019-cu ilin fevralınadək şirkətin baş kommersiya inzibatçısı kimi çalışmışdır. Daha öncə isə “Nestle Azərbaycan”ının baş meneceri kimi çalışmışdı.
25 Noyabr 2026
25 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026