13:03 - 9.03.2018
9 mart, Fineko/abc.az. Yanvar-fevral aylarında Azərbaycan 1,827 milyard dollar həcmində xam neft ixrac edib.
Azərbaycan Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata əsasən, iki ay ərzində 3,648 milyon ton neft ixrac edilmişdir.
Eyni zamanda, 2017-ci ilin yanvar-fevral aylarında ölkə 1,387 milyard dollarlıq 3,4 milyon ton xam neft ixrac edib.
Həmçinin, iki ay ərzində 107,7 milyon dollar həcmində 217,283 min ton neft məhsulları ixrac olunub. 2017-ci ilin yanvar-fevral aylarında isə, 46,331 milyon dollar həcmində 117,963 min ton neft məhsulları ixrac olunub. Neft məhsullarının ixracı il ərzində ikiqat artıb.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
30 Sentyabr 2026
29 Sentyabr 2026