11:27 - 10.03.2021
10 mart, Fineko/abc.az. “SpaceX” və “Tesla” səhmlərinə sahib olan İlon Maskın sərvəti bir gündə rekord səviyyədə - 25 milyard dollar artıb.
ABC.AZ-ın məlumatına görə, bununla da onun varidatı 174 milyard dollara çatıb.
İqtisadçılar Maskın sərvətinin artmasını “Tesla” səhmlərinin sürətlə bahalaşması ilə əlaqələndirir.
Belə ki, “Tesla” səhmlərinin qiyməti bir gündə 19,64 % bahalaşaraq 673,58 dollar olub.
Hazırda İlon Mask dünya milyarderləri arasında Ceff Bezosdan sonra ikinci yerdə qərarlaşıb.
Müəllif: Elmir Murad
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026