01:03 - 10.11.2020
10 noyabr, Fineko/abc.az. Doqquz noyabr saat 18:30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulması ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda dərhal araşdırmalara başlanılıb, nəticəsindən asılı olaraq qanuni və obyektiv qərarın qəbul olunması təmin ediləcək.
ABC.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.
"Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu öz dərin təəssüfünü bildirməklə, həlak olan ekipaj üzvlərinin ailələrinə başsağlığı verir, xəsarət alanlara Allahdan şəfa diləyir", - deyə məlumatda qeyd edilir.
25 Noyabr 2026
25 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026