15:09 - 4.09.2020
4 sentyabr, Fineko/abc.az. Masallı rayonunun Qızılağac kəndində payızlıq və yazlıq əkinlərdə fermerləri həvəsləndirmək üçün yaxın müddətdə onlara yeni sertifikatlı toxumlar veriləcək.
ABC.AZ-ın məlumatına görə, Masallı rayonunda, ümumilikdə, 16 min hektar sahədə şumlanma işi aparılmalıdır.
Masallı rayon DAİM–indən bildirilib ki, bu günədək rayonda 2 min 500 hektardan çox taxıl sahəsində şum qaldırılıb.
Bundan sonra ikinci şum aparılacaq, gübrə veriləcək. Yaxın günlərdə toxum gətirilməsi nəzərdə tutulub. Fermerlər bu barədə məlumatlandırılıb və onlara sertifikatlı toxumlar paylanılacağı bildirilib.
25 Noyabr 2026
25 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026