17:19 - 15.01.2018
15 yanvar, Fineko/abc.az. “Moskva Çay Gəmiçiliyi” (MÇG) və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi arasında, 1934-cü ildə tikilmiş və “Stalinin yaxtası” kimi tanınan “Maksim Qorki” gəmisinin satın alınması haqqında danışıqlar aparılır.
MÇG-nin baş direktoru Konstantin Anisimov bu məlumatı təsdiq edib dəqiqləşdirdi ki, danışıqlar Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Nijni Novqorod şəhərinin administrasiyadı ilə aparılır.
“Azərbaycanlılar üçün bu gəmi, Gəmiçiliyin, 2018-ci ildə qeyd ediləcək 160 illiyi ilə bağlı dəniz donanması muzeyinin tikiləcəyi eksponatı kimi də maraqlıdır. Lakin Nijni Novqorod üçün “Maksim Qorki” - əlamətdar gəmidir, çünki o, yerli tərsanələrdə tikilib, həmçinin, 2018-ci ildə Maksim Qorkinin 150 illiyi qeyd edilir”, - bunu, sövdələşmənin məbləğini açıqlamaqdan imtina edən K.Anisimov dedi.
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026