15:17 - 9.10.2017
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə, Nazirlər Kabinetinin, doqquz ay üzrə sosial-iqtisadi inkişafın yekunlarına dair iclası keçirilib.
İclas zamanı dövlət başçısı qeyd edib ki, doqquz ay ərzində iqtisadiyyatın qeyri-neft sektoru 2,5%-ə qədər artıb.
Dövlət başçısı bildirib: “Qeyri-neft sənayesinin artımı 3,1%, kənd təsərrüfatının artımı - 2,8% təşkil etmiş, xarici ticarət dövriyyəsi 7%-ə qədər artmışdır. Hesabat dövrü üzrə ölkənin valyuta ehtiyatları $42 milyard təşkil etmişdir. Biz, uzunmüddətli davamlı inkişaf barədə düşünürük, valyuta ehtiyatlarının $4,5 milyard həcmində artması isə ən uğurlu göstəricidir”.
Prezidentin sözlərinə görə, o cümlədən, yanvar-sentyabr aylarında 226 min yeni iş yeri yaradılmışdır.
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026