14:49 - 27.01.2020
27 yanvar, Fineko/abc.az. “Təmiz Şəhər” ASC və “KidsArt” uşaq studiyası Kaspi Təhsil Mərkəzində “Tullantıdan sənətə” ustad dərsi təşkil edib. Şagirdlərə tullantıların səmərəli istifadəsi və idarə olunması haqqında məlumat verən “Təmiz Şəhər” ASC əməkdaşları məktəblilərə lazımsız əşyalardan müxtəlif fiqurlar düzəltməyi öyrədiblər.
“Təmiz Şəhər” ASC tərəfindən mütəmadi olaraq keçirilən ustad dərslərinin məqsədi uşaqlarda təbiətin qorunması, tullantıların idarə olunması vərdişlərinin formalaşdırılması, tullantıların faydalı ola biləcəyinin aşılanmasıdır.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
26 Noyabr 2026
25 Noyabr 2026
25 Noyabr 2026